SMARTFON

ZTE Blade V30 təqdim edildi

0

Yüksək səviyyəli telefonları ilə tanınan ZTE Meksika bazarında Blade V30 adlı yeni büdcə dostu modelini təqdim etdi. Axon seriyası ilə böyük rəğbət qazanan istehsalçı Unisoc prosessorlu Blade V30 ilə böyük istifadəçi kütləsinə çatmağı hədəfləyir.

Çinli istehsalçının bu telefonu arxa tərəfində 64 Megapikselli əsas kamera ilə birlikdə cəmi dörd kameraya sahibdir. Telefon 6.67 düymlük Full HD + görüntü keyfiyyəti və 20: 9 nisbətli IPS LCD ekranla təchiz edilmişdir.

Proqram baxımından cihaz Android 11 əsaslı MiFavor UI ilə birbaşa qutudan çıxır.

ZTE bu sərfəli telefona Unisoc T618 prosessorunu daxil edib. 2.0 Ghz sürətə sahib olan bu prosessor 4 GB RAM və 128 GB yaddaşla dəstəklənir. Bu tutumu microSD kartla artırmaq da mümkündür.

Xiaomi CEO-su Lei Jun istifadə etdiyi telefonla gündəmə gəldi

Previous article

Vivo S10 və S10 Pro modellərini təqdim etdi

Next article

You may also like

Comments

More in SMARTFON