OYUNSOSİAL MEDİAYOUTUBE

YouTube aktiv oyun kanallarının sayında rekord göstəriciyə çatdı

0

Bütün dünyanı təsiri altına alan koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətlər və karantin tədbirləri sosial media nəhənglərinə böyük fayda gətirdi. YouTube bu ərəfədə yüksək gəlir əldə etməklə yanaşı, rekordlara da imza atdı.

Video oyun yayımlamaq sahəsində Twitch ilə rəqabət edən YouTube, 2020-ci ilin sonunda 40 milyon aktiv oyunçu kanalına çatdı. Bu kanallardan 350-si 10 milyon abunəçini keçdi.  Min kanal isə 5 milyon abunəçiyə çatmağı bacardı.

Ötən il YouTube-a ən azı bir oyun videosu yükləyən istifadəçi sayı 35 milyon olmuşdu. Bu il video canlı yayımlarının 10 milyard saatı, ümumi oyun yayımlarının isə 100 milyard saatı keçdiyi açıqlandı.

Növbəti illərdə bu göstəricilərin daha da artması gözlənilir.

Twitter-a yeni özəllik gəldi

Previous article

Adobe Flash üçün son rəsmi güncəlləməsini yayımlandı

Next article

You may also like

Comments

More in OYUN