XƏBƏRLƏRYOUTUBE

YouTube 3 dəfə müəllif hüquqlarını pozan kanalları bağlayacaq

0

Video paylaşım platforması YouTube yeni ildə yeni qərarlar qəbul etməyə başladı. YouTube-un aldığı yeni qərara görə 90 gün ərzində 3 dəfə müəllif hüququnu pozan kanallar daimi olaraq bağlanılacaq.

Eyni zamanda hər hansı bir müəllif hüququ pozulması haqqında bildiriş aldıqdan sonra kanal bir həftə ərzində video yükləyə bilməyəcək. Eyni kanal 90 gün ərzində ikinci qanun pozuntusu bildirişini alarsa, iki həftə ərzində YouTube-a video yükləyə bilməyəcək. Eyni kanal 90 gün ərzində üçüncü xəbərdarlığı qəbul edərsə, YouTube kanalın daimi bağlanmasına sanksiya verəcək.

YouTube tərəfindən olunan açıqlamaya görə, kanal sözügedən qanun pozuntusuna səbəb olan videonu silsə də, aldığı xəbərdarlıq etibarlı olacaq və sanksiyalar tam tətbiq olunacaq.

Apple və Hyundai əməkdaşlıq etmə qərarı aldı

Previous article

2021-ci ildə Netflix-in yayımlayacağı filmlər siyahısı

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR