SOSİAL MEDİAYOUTUBE

YouTube 2021-ci ildə əldə edəcəyi yeni xüsusiyyətləri elan etdi

0

YouTube  TikToka bənzər “Shorts” adlı özəllik daxil olmaqla bu il platformasına gətirməyi planladığı yeni xüsusiyyətləri açıqladı.

Dekabr ayında ilk olaraq Hindistanda bir sınaq müddətinə başlayan Shorts  dünya səviyyəsində gündəlik 3,5 milyarddan çox baxış əldə edə biləcək qədər uğurlu oldu. Formatın beta versiyası  mart ayından etibarən ABŞ üçün də istifadəyə veriləcək.

YouTube eyni zamanda, video bölümlərinin istifadə rahatlığını artırmaq üçün çalışır. Xatırlayırsınızsa, 2020-ci ildə platforma sadəcə bir toxunuşla istifadəçinin izləmək  istədiyi videonun müəyyən hissələrinə baxmasını  asanlaşdıran bir xüsusiyyətiyyət təqdim etmişdi.

YouTube tezliklə bu xüsusiyyəti daha da təkmilləşdirərək daha axıcı və daha asan  hala gətirəcək.

Əldə olunan məlumatlara görə, YouTube TV yaxın gələcəkdə abunəçilərin proqramları 4K formatında izləməsinə və ya oflayn izləmək üçün DRV-ə yükləməsinə imkan verən əlavə bir seçim təklif edəcək.

Yaxın günlərdə YouTube Kids-in valideynlərə uşaqları üçün ana platformadan xüsusi videolar və kanallar əlavə etməyə imkan verəcək bir özəllik də daxil edəcəyi söylənilir.

Twitter-in yeni özəlliyi yayılmağa davam edir

Previous article

Bitcoin-dən yeni bir rekord gəldi

Next article

You may also like

Comments