APPLE

Yepyeni Apple Watch 8 özəllikləri gündəmdə

0

Apple Watch ailəsi ilk çıxdığından etibarən iki fərqli ölçüdə təqdim edilir. Məlumatlara görə, bu dəfə isə Apple Watch 8 üç fərqli ölçüdə təqdim ediləcək.

41mm ve 45mm ölçüdə qarşımıza çıxan Apple Watch 7- 40% daha incə çərçivə ilə istifadəçilərə təqdim edilmişdi. Apple Watch 6-dan daha böyük ekran ilə təqdim edilən modellər IP6X sertifikatına sahibdir. 

Apple Watch 7-nin “bucaqlı dizaynda” olacağı deyilsə də, bu baş tutmamışdı. Hal-hazırda dəqiq olmasa da, bucaqlı dizaynın Apple Watch 8-də olacağı deyilir. 

Texniki xüsusiyyətləri bilinməyən Apple Watch 8-in temperaturu və qan təzyiqini ölçə biləcəyi də gözlənilir. Pandemiya müddətində insanların ən çox ehtiyacı olan bu özəlliyi etməklə Apple istifadəçilərinin rəğbətini qazanmağa çalışır.

Sizcə, Apple Watch 8-də deyilən özəlliklər baş tutacaq yoxsa, yox. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

VanMoof V velosiped modelinin təqdimatı oldu

Əvvəlki

League of Legends oyununun ən sevilən özəlliyi bağlanılır

Sonrakı

Rəylər

Login/Sign up