APPLE

Yeni Macbook Pro prosessoru haqqında ilkin məlumatlar ortaya çıxdı

0

Apple-ın ARM əsaslı prosessorların istehsalına başlaması özlüyündə bir inqilab idi. Apple M1 prosessorunun gücünü ötən ildən bəri təqdim olunan Mac mini, iMac, Macbook Air və iPad Pro modellərində gördük. ARM əsaslı Apple prosessorlarının ikinci nəslinin adının necə olacağı və gücü bir müddətdir maraq mövzusu idi.  Macbook Pro-ya tətbiq olunacaq yeni prosessor haqqında ilkin məlumatlar ortaya çıxdı.

İndiyə qədər yeni Macbook Pro-nun prosessorunun Apple M2 və ya M1X adlanacağı deyilirdi. Adın M1X olacağını deyənlərin proqnozları doğru çıxdı.  Yeni prosessorun Macbook Pro adına layiq güclü bir batareya ömrü təqdim etməsini gözləyirik.

7 iyun tarixində başlayıb 11 iyuna qədər davam edəcək WWDC 2021 tədbirində təqdim olunacaq prosessordan gələcək yeni xəbərləri dörd gözlə gözləyirik. Prosessorun özəllikləri haqqında tam məlumatlı olmaq üçün gözünüz Nod.az-da olsun.

Sony WF-1000XM4 qulaqlıq qiyməti ilə məyus etdi

Previous article

OnePlus Nord CE 5G təqdim edildi

Next article

You may also like

Comments

More in APPLE