ƏYLƏNCƏOYUN

Yeni Call of Duty oyununun adı və logosu ortaya çıxdı

0

Bu il çıxacaq Call of Duty video oyununun oyun həvəskarlarını necə bir aləmə aparacağı və hansı yeniliklər gətirəcəyi maraq mövzusudur. Yadınızdadırsa, bundan əvvəlki Call of Duty: Black Ops Cold War oyununun bir səhnəsində qardaş Türkiyənin Trabzon Hava Limanı yer almışdı. Bu da təbii ki, türkiyəli oyunçular tərəfindən böyük maraqla qarşılanmışdı.

2021-ci ili üçün Activision, Sledgehammer Games tərəfindən yeni Call of Duty oyununun hazırlanması təsdiq olunsa da, oyun haqqında heç bir ətraflı məlumat yox idi. Bu yaxınlarda oyunun logosu və adı ortaya çıxdı.

PC-də CoD (Call of Duty) oyunlarını özündə birləşdirən Blizzard-ın onlayn multiplayer xidməti Battle.net, yeni CoD oyunundan Call of Duty: Slipstream adlandıraraq bəhs etdi. Yeni oyunun adı Slipstream ola da bilər, olmaya da bilər.

Oyunun logosu isə belə təsvir olunub.

GTA 6-nı gözləyənlər gözləməyə davam edəcək

Əvvəlki

WhatsApp-a məşhur bir Snapchat özəlliyi gələcək

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up