SMARTFONXƏBƏRLƏR

Xiaomi MIUI 12.5-i nə vaxt buraxacağını açıqladı

0

Çində fəaliyyət göstərən telefon istehsalçısı Xiaomi, Android əməliyyat sisteminə əsaslanan yeni interfeysi MIUI 12.5-i nə vaxt buraxacağını açıqladı.

Milyonlarla istifadəçi kütləsinə sahib olan Xiaomi daha çox əlverişli qiymətə bazara çıxardığı smartfonları ilə tanınır.

Xiaomi-nin proqram təminatı şöbəsinin müdiri Jin Fan, mövzu ilə əlaqədar verdiyi açıqlamada, MIUI 12.5-in bu ayın sonunda satışa çıxarılacağını və Xiaomi Mi 11 ilə birlikdə ictimaiyyətə təqdim ediləcəyini qeyd etdi.

Başqa sözlə desək, yeni interfeys yeni ilə yeni bir flaqman telefonu ilə birlikdə gələcək.

MIUI 12.5 yeniləməsi özü ilə bir sıra dəyişikliklər gətirəcək. 2021-ci ilin ilk aylarında bütün istifadəçilərin istifadəsinə veriləcəyi gözlənilən yeniləmə ilə inkişaf etdirilmiş animasiyalar, yeni səs və güc menyusu interfeysi, şəkilləri PDF-ə çevirə bilmə qabiliyyəti, yenilənmiş kamera tətbiqi istifadəçilərə təqdim ediləcək.

9 yaşlı YouTuber 2020-ci ilin ən çox qazananı oldu

Əvvəlki

Space X-ın sirli peyki müvəffəqiyyətli uçuş həyata keçirdi

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up