TABLET

Xiaomi Mi Pad 5 tezliklə gəlir

0

Neçə illərdir ki, tələbat azalan tablet  sektoru böyüməyə başladı. Hətta o qədər böyüdü ki, hissə çatışmazlığı səbəbi ilə tələb ödənilmədi.

Bu böhranı bir fürsətə çevirmək istəyən şirkətlər uzun müddət istehsal etmədikləri məhsullara geri dönüş edirlər. Bu şirkətlərdən biri olan Xiaomi, Mi Pad 5 ilə tablet bazarına qayıtmağı planlaşdırır.

Uzun müddətdir səssiz qalan Mi Pad seriyası, beşinci nəsil ilə geri dönür. Standard və Pro olaraq iki versiyada çıxması gözlənilən məhsulun, Samsungun Tab seriyası və Apple iPad-in birbaşa rəqibi olacağı iddia edilir. Xüsusilə Pro modeli, 2K görüntü keyfiyyətli ekrana və yüksək yeniləmə sürətinə sahib olacağı iddialar arasındadır.

Xiaomi Mi Pad 5 Qualcomm Snapdragon 870 və ya MediaTek Dimensions 1200 ilə təchiz ediləcək. Bu çox güclü prosessorlar tabletin flaqman kimi təsnif edilməsinə imkan verəcək.

Çıxış tarixi hələ dəqiq bilinməyən Xiaomi Mi Pad, gözlədiyimizdən daha erkən gələ bilər. Şirkətin məhsul meneceri Wang Teng Thomas-ın Weibo-da yayımladığı məlumata görə, tablet bu ay və ya ən gec iyun ayında gələcək.

Instagram Qüdsdən olunan canlı yayımları bloklayır

Previous article

WhatsApp-dan Analar Günü sürprizi

Next article

You may also like

Comments