TEXNOLOGİYA

Xiaomi-dən dizaynı ilə fərq yaradan ağıllı qolbağ

0

Smartfon bazarında geyilə bilən texnologiyalar sahəsində uğurları ilə tez-tez gündəmə gələn Xiaomi öz ağıllı qolbağ konsepti Mi Band seriyası üzərində işləyir. Bir neçə ay əvvəl seriyanın yeni üzvü olan Mi Band 6 modelini buraxan şirkət, əldə olunan məlumatlara görə, dizaynı ilə seçiləcək Mi Band X adlı yeni ağıllı qolbağı bazara çıxarmağa hazırlaşır.

Mövcud Mi Band modellərindən fərqli olaraq, maraqlı dizaynı ilə istifadəçilərin diqqətini çəkəcək bu məhsul, xüsusən də ekran tərəfində istifadəçiləri təəccübləndirəcək. Ekran dizaynında son illərdə satışa çıxan Nubia Alpha Watch modelinə bənzərlik hiss olunur.

İncə və yüngül quruluşu ilə də diqqəti cəlb edəcək bu modelin bağlanma üsulu da fərqlidir. Ağıllı qolbağ maqnit vasitəsilə bağlanacaq və bu da istifadəçilərə çıxarma və taxmaqda böyük rahatlıq təmin edəcək.

Android 12 güncəlləməsi alacaq smartfon modelləri

Əvvəlki

Facebook və Google işçilərinə peyvənd məcburiyyəti

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up