SMARTFON

Xiaomi CEO-su Lei Jun istifadə etdiyi telefonla gündəmə gəldi

0

Ötən gün Forbes jurnalı tərəfindən Çinin ən yaxşı CEO-su seçilən Lei Jun bu müvəffəqiyyəti qeyd etmək üçün Weibo-da paylaşım edib. Uğurlu iş adamı istifadə etdiyi cihazla diqqət çəkib.

Bu günə qədər Lei Jun-un Weibo paylaşımları Xiaomi Mi 11 Pro ilə olunurdu. Amma bu dəfəki paylaşım bilinməyən bir smartfon vasitəsilə olunub.

Bu hadisə bir çox iddialara səbəb oldu. Bəzi pərəstişkarları naməlum telefonun Mi 12 olduğunu iddia etdi, bəziləri tezliklə çıxması gözlənilən Mi MIX 4 olduğunu söylədi.

Onu da qeyd edək ki, Xiaomi pərəstişkarlarını çox maraqlı günlər gözləyir. İllər sonra şirkət nəhayət Mi MIX seriyalı telefonları geri gətirir.

Wikipedia-nın qurucusu etiraf etdi

Previous article

ZTE Blade V30 təqdim edildi

Next article

You may also like

Comments

More in SMARTFON