Xiaomi yeni naqilsiz qulaqlıq modelini təqdim etdi. Xiaomi Buds 4 Pro diqqət çəkən dizaynı, canlı rəng seçimləri, aktiv səs-küyün ləğvi (ANC) və 38 saata qədər batareya ömrü ilə seçilir. Gəlin, Galaxy Buds2 Pro və AirPods Pro rəqibi Buds 4 Pro xüsusiyyətləri və qiyməti ilə yaxından tanış olaq.
Xiaomi Buds 4 Pro dizayn baxımından Redmi Buds 4 Pro modelinə çox bənzəyir. Yeni naqilsiz qulaqlıq modelində daha böyük bir enerji doldurma qutusuna üstünlük verən Xiaomi, beləliklə qulaqlıqların qoşulub çıxarılmasının çox daha rahat olduğunu bildirdi.
Parlaq qızılı və qara rəng seçimləri ilə gələn Buds 4 Pro süni intellekt ilə küləyin müəyyən edilməsi kimi innovativ səs texnologiyalarına malikdir. Xiaomi həmçinin yeni qulaqlıqda 48 dB-ə qədər aktiv səs-küyün ləğvi (ANC) özəlliyinə də sahibdir.