TABLET

Xiaomi 3 il sonra yenidən tablet istehsalına başlayacaq

0

Xiaomi 3 il sonra yenidən tablet istehsalına başlayacaq. Şirkət mövzu ilə bağlı hələ çox məlumat verməkdən çəkinsə də, bu il üç yeni tablet ilə sevərləri qarşısına çıxmağa hazırlaşdığı ortaya çıxdı.

Xiaomi-nin üç yeni planşeti Qualcom-un Snapdragon 800 seriyalı çipsetləri ilə təchiz ediləcək. İki model öz gücünü Snapdragon 870-dən, nisbətən aşağı səviyyəli digər model isə Snapdragon 860 prosessorundan alacaq.

Hər üç tabletin ortaq nöqtələrindən bəzilərinin 2560 x 800 görüntü keyfiyyəti, 120 Hz yeniləmə dərəcəsi və IPS ekran olacağı söylənilir. Ekranların parlaqlıq səviyyəsi 410 nit olacaq. Əldə olunan məlumatlara görə, Enuma kod adı verilən planşetdə 48 Megapiksellik əsas kamera var. Digər iki Nabu və Elish adlı modeldə isə 12 Megapiksellik əsas kamera yer alacaq. Hər üç tabletdə ultra geniş, makro kamera və dərinlik sensorları olacaq.

Yenidən diqqətinizə çatdıraq ki, Xiaomi gələcək tabletlər haqqında rəsmi məlumat paylaşmayıb.

Nod.az Xiaomi-nin tabletləri haqqındakı yeni iddiaları və rəsmi məlumatları gələcəkdə sizlərlə bölüşməyə davam edəcək.

Google Photos əksər video redaktə proqramına alternativ oldu

Previous article

Apple-ın 2021-ci ildə baş tutacaq ilk tədbirinin tarixi açıqlandı

Next article

You may also like

Comments