APPLE

Xarab iPad batareyası yanğına səbəb oldu

0

Bu həftə ABŞ-ın Pensilvaniya əyalətində Apple-a qarşı iddia qaldırıldı. Şikayətçi Michael Macaluso evinin xarab olmuş iPad batareyası ucbatından yandığını iddia edir. Cihazı normal bir şəkildə istifadə etdiyini və cihazın heç bir hissəsində dəyişiklik etmədiyini söyləyən Macaluso öz haqqını tələb edir.

Evin sığorta şirkəti Allstate Insurance təmir üçün 142.000 dollardan çox pul ödəyib və məhkəmə üçün vəkil tutub. Həm sahibi Michael Macaluso, həm də sığorta şirkəti tərəfindən açılan məhkəmə işində evin təmiri və təzminatı tələb edilir.

Apple ilk dəfə deyil ki, bu tip yanğın şikayətləri ilə  qarşılaşır. Şirkət hələ də bu yanğınların səbəblərini araşdırır. Apple məhsullarının təlimat kitabçasında şarj cihazlarının nəmli və ya havalandırılması yaxşı olmayan yerlərdə istifadə edilməməsi lazım olduğunu bildirib. Məhsulların zədə alıb-almadığının tez-tez yoxlanılmasının lazım olduğu da vurğulanır.

Bu iddiaların həqiqəti əks etdirib etdirmədiyini dəqiq bilməsək də, təhlükəsizlik üçün istifadəçi təlimatlarına əməl etməyinizi tövsiyyə edirik.

Samsung Galaxy Tab A7 Lite haqqında ilkin məlumatlar

Previous article

3 yeni Godzilla oyunu gəlir

Next article

You may also like

Comments

More in APPLE