WINDOWS

Windows 11 Ryzen prosessorlu kompüterləri yavaşladır

0

Windows 10-un daha inkişaf etmiş versiyası olan Windows 11 əməliyyat sistemi artıq rəsmi olaraq istifadəyə verilib.

Yəqin ki, artıq bir çoxlarınız Windows 11-dən istifadə etməyə başlamısınız.

Windows 11 Windows 10-un istifadəçi təcrübəsini və dizaynını dəyişərək qarşımıza çıxdı. Bu dəyişikliklər çoxlarının zövqünü oxşasa da, bəzi istifadəçilər üçün müəyyən problemlərə səbəb oldu.

AMD etiraf etdi ki, yeni Windows 11 əməliyyat sistemi Ryzen prosessorlu kompüterlərdə tətbiqlərin işini 15 faizə qədər ləngidir.

ABŞ-ın Microsoft şirkəti bu problemi aradan qaldırmaq üçün yeni bir güncəlləmə üzərində işləyir.

Problemlərlə qarşılaşan tətbiqlərin əksəriyyəti 3-5 faiz yavaşlasa da, oyunlarda bu nisbət 15 faizə qədər çata bilir.

Problemi həll etmək üçün Microsoft ilə işləməyə davam edən AMD güncəlləmənin oktyabr ayının sonuna qədər istifadəçilərə təqdim olunacağına söz verib.

Far Cry 6 heyvansevərlərin qəzəblənməsinə səbəb oldu

Əvvəlki

Sentyabr ayında ən çox yüklənən PlayStation oyunları

Sonrakı

Rəylər

Login/Sign up