XƏBƏRLƏR

Wikipedia-nın qurucusu etiraf etdi

0

İstifadəçiləri tərəfindən bir çox fərqli dildə ortaq şəkildə hazırlanan ən böyük internet ensiklopediyalarından biri olan Wikipedia uzun illərdir ki, virtual dünyaya məlumat ötürür. İnsanlar arasında bu veb saytdan alınan məlumatların tam doğru olduğuna inanılır. Sən demə, dünyanın ən böyük internet ensiklopediyası olan və hər mövzu haqqında asanlıqla məlumat əldə edə biləcəyiniz bu saytın qurucularından olan Larry Sanger özü veb saytdakı məlumatlara inanmırmış.

2001-ci ildə Jimmy Wales ilə birlikdə Wikipedia quran Larry Sanger, bu yaxınlarda Unherd YouTube kanalının Lockdown TV proqramının qonağı olub. Qurduğu Wikipediya haqqında vacib məlumatlar verən Sanger, açıqlamasının bir hissəsində bu veb sayta etibar etmədiyini söyləyib.

Sanger təxminən ayda 6,1 milyard ziyarətçisi olan dünyanın beşinci ən böyük veb saytı olan Wikipediyanın son illərdə çox dəyişdiyini “ Wikipedia əvvəllər belə deyildi.“ ifadələri ilə dilə gətirib.

Sangerin fikrinə görə buna səbəb bəzi iri şirkətlərin pul qarşılığında özəl redaktorlar işlətməsidir. Həmin redaktorlar müəyyən ödəniş alaraq şirkətlər və ya fiziki şəxslər haqqında reallığa uyğun olmayan mlumatları saytda yerləşdirirlər. Redaktorlar rəsmi olaraq Wikipedia şirkətində qeydiyyatdan keçirlər, amma şəxsiyyətlərini açıqlama məcburiyyətləri olmadığı üçün ödəniş alan redaktorları müəyyənləşdirmək olmur.

Bu gün “Dünya Emoji Günü”dür

Previous article

Xiaomi CEO-su Lei Jun istifadə etdiyi telefonla gündəmə gəldi

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR