APPLE

WhatsApp dəstəyini itirəcək iPhone modelləri açıqlandı

0

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp köhnə əməliyyat sistemlərinə dəstəyini tədricən dayandırır. Tətbiq Apple-ın iOS 10 və iOS 11 əməliyyat sistemləri üçün də dəstəyi sonlandırmaq qərarına gəlib. Bu o deməkdir ki, hələ də bu əməliyyat sistemlərini istifadə edən iPhone modellərində artıq WhatsApp dəstəklənməyəcək. Bu hansı iPhone modelləridir?

Siyahıya baxdığımızda iki model önə çıxır. Bunlar, dövrün əfsanəvi modellərindən olan iPhone 5 və şirkətin sərfəli hesab edilən ilk modeli olan iPhone 5C-dir. Əvvəlcədən qeyd etmək lazımdır ki, WhatsApp hazırda hər iki modeldə işləyir, lakin yaxın günlərdə dəstək kəsiləcək.

Daha yeni iPhone modeli istifadə edirsinizsə, telefonunuzun güncəllənmiş olduğundan əmin olun. Əks halda WhatsApp-dan siz də məhrum ola bilərsiniz. Cihazınızı yeniləmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

Parametrlər > Ümumi bölməsinə keçin, sonra ən son iOS versiyasını əldə etmək üçün Proqram təminatı yeniləməsinə toxunun.
iOS 12 ilə işləyən iPhone 5s, iPhone 6 və iPhone 6s sahiblərinin hələlik ürəkləri rahat ola bilər. Amma gələcəkdə iOS 12 10 və 11-i də eyni tale gözləyir. Bu modellərdən birini istifadə edirsinizsə, qısa müddətdə telefonunuzu yenisi ilə əvəz etməyiniz lazım ola bilər.

Səyahət üçün alternativ enerji mənbəyi -Shine

Əvvəlki

Instagram loqosunu yenilədi

Sonrakı
Login/Sign up