PROQRAM

WhatsApp-da yeni xüsusiyyətlər!

0

1 milyarddan çox aktiv istifadəçiyə malik WhatsApp-a yeni xüsusiyyətlər əlavə olunmağa davam edir.

Qısa bir müddət əvvəl başdan-başa şifrələnərək təhlükəsizliyini ən pik həddə çatdıran WhatsApp-da yeni xüsusiyyətlər istifadəçinin rahatlığını təmin edəcək.

Bu yeniliklərdən biri ZIP faylların (sayı birdən çox) WhatsApp vasitəsilə göndərə bilinməsidir. ZIP faylların da proqram vasitəsilə göndərilə bilməsi demək olar ki, bütün formatlı faylların WhatsApp vasitəsilə göndərilə biləcəyi mənasına gəlir.

16-04/28/whatsapp-zip-file-feature.png

Yeni xüsusiyyətlərdən digəri isə “Səsli mesajı yaddaşda saxlamaq” və “Səsli mesaj göndər”dir. Bildiyiniz kimi, WhatsApp-da mesajlaşarkən yadda saxla düyməsi vasitəsilə səsli mesaj göndərə bilirlər. WhatsApp bununla bərabər istifadəçilərə səsli bir mesajı yaddaşda saxlama və göndərmək xidmətini təqdim edəcək.

16-04/28/whatsapp-voicemail.png

Qısa müddət sonra hər iki yeniliyin iOS və Android-ə əlavə olunacağı gözlənilir.

APA erməni dilində xəbər xidmətinə başlayıb

Əvvəlki

YouTube reklamlarına artıq 1 saniyə çox baxmalı olacağıq

Sonrakı

Rəylər

Login/Sign up