TEXNOLOGİYA

Volvo sürücüsüz yük maşını istehsalına başlayacaq

0

Ford və Mercedes kimi şirkətlərin daha az yanacaq sərfiyyatı üçün elektrikli nəqliyyat vasitələri üzərində çalışdığı hamıya məlumdur. Xüsusilə Ford markalı elektrikli yük maşınları yanacaq istehlakı baxımından gözləntiləri qarşılayır.

Volvo da bu şirkətlərdən ilhamlanaraq elektrikli nəqliyyat vasitələri istehsalına başlayacağı xəbərləri ilə gündəmə gəldi. Şirkət həm aşağı yanacaq istehlakı, həm də sürücü təhlükəsizliyi üçün Aurora Innovation ilə razılığa gəldiyini açıqladı. Google Waymo və Tesla kimi şirkətlərlə işləyərək təcrübə qazanan Aurora elektrikli nəqliyyat vasitələri sektorunda çox iddialıdır.

Şirkətlərin elektrikli yük maşını istehsalına artan xüsusi marağı həm də pandemiya ilə əlaqəlidir. Karantin rejminin tətbiq olunduğu ölkələrdə onlayn alış-verişin artması səbəbi ilə sürətli, təhlükəsiz və sərfəli logistika  xidmətinə ehtiyac artdı. Nəticə olaraq artan tələbi görən nəqliyyat vasitəsi istehsalçıları bir-biriləri ilə yarışmağa başladılar.

Analitiklərin fikrinə görə yaranmış tələb səbəbi ilə elektrikli yük maşınları elektrikli avtomobillərdən daha sürətli yayğınlaşacaq.

Minlərlə oyun PlayStation Store mağazalarından silinəcək

Previous article

Genesis dron şousu ilə dünya rekordu qırdı

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA