AVTOMOBİL

Volkswagen Avropaya Taigo ilə geri dönür

0

Volkswagen Braziliyadakı “Nivus” modelindən sonra Avropa bazarı üçün “Taigo” modelini satışa çıxarmağı planlayır. Taigo Crossover maşın çeşidlərini Avropaya tanıtmaq üçün nəzərdə tutulub.

Braziliya bazarında Nivus adı ilə satılan model T-Roc-dan bir qədər böyük, T-Cross-dan kiçik olan görünüşü ilə rəqiblərinə meydan oxumağa hazırlaşır. 

Benzin tutumu 1.0 litrlik üç silindrli mühərrik üçün 95 və 110 at gücü, 1.5 litrlik dörd silindrli mühərrik üçün isə 150 at gücündədir.

Taigo-da manuel transmissiya və ya 7 pilləli DSG-yə üstünlük verilə bilər.  Avtomobildə Matrix LED işıqlar və ikinci səviyyəli avtonom idarəetmə də olacaq.

İspaniyadakı fabrikdə istehsalına başlanan Taigo-nun 2022-ci ildən Avropanın 28 ölkəsində satışa çıxarılması nəzərdə tutulub. 

Twitter Spaces güncəlləndi

Əvvəlki

Ariane 5 raketi yenidən havaya qalxdı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up