SMARTFON

Vivo Y52s t1 təqdim olundu

0

Çinli smartfon istehsalçısı Vivo təxminən altı ay əvvəl Vivo Y52s modelini satışa çıxarmışdı. Şirkət yeni bir strategiya izləyərək fərqli ad və çipset ilə bu telefonu yenidən istehsal etdi.

Çində təqdim olunan Vivo Y52s əvvəlki modellə müqayisədə fərqli bir çipset ilə təchiz edilmişdir. Bundan əlavə, cihazın adının sonuna t1 əlavə olunub.

Vivo-nun orta seqmentə gətirilən yeni ağıllı telefonu Qualcomm-un Snapdragon 480 çipseti ilə təchiz edilmişdir. Ekran tərəfində Y52s t1 modeli 90Hz yeniləmə sürətinə sahib 6.58 düymlük FHD + görüntü keyfiyyətli LCD ekranla təchiz edilmişdir.

Y52s t1-in arxa üzündə 48 Megapiksellik əsas və 2 Meqapiksellik dərinlik sensoruna malik kamera var.

USB-C portlu Vivo Y52s 18W sürətli şarjı dəstəkləyən 5000 mAh batareya ilə təchiz edilmişdir. Eyni zamanda, cihaz Android 11 əsaslı Origin OS interfeysi ilə qutudan çıxır.

Bill Gates boşanma qərarı ilə gündəmə gəldi

Previous article

Call of Duty: Mobile-ın yükləmə sayı açıqlandı

Next article

You may also like

Comments

More in SMARTFON