SMARTFON

Vivo X Fold Plus təqdimat tarixi açıqlandı

0

Şirkət yeni Vivo X Fold Plus modelinin təqdimat tarixini açıqladı. Yeni modelin Snapdragon 8 Plus Gen 1 prosessoru ilə gələcəyi bildirilir.

Vivo ötən aylarda təqdim etdiyi qatlana bilən telefon X Fold modeli ilə adını Ginnesin Rekordlar Kitabına yazdırmağı bacardı. Şirkət yeni Vivo X Fold Plus modelinin təqdimat tarixini açıqladı.
Yeni model Qualcomm tərəfindən istehsal olunan Snapdragon 8 Plus Gen 1 prosessoruna sahib olacaq. Snapdragon 8 Plus Gen 1 prosessoru 3,19 GHz tezliyində Cortex-X2, 2,75 GHz tezliyində işləyən üç Cortex-A710 və 1,80 GHz tezliyində işləyən dörd Cortex-A510 nüvəsinə malikdir. 4nm texnologiyası ilə istehsal edilən prosessorun qrafik interfeysi Adreno 730-dur.
Kamera tərəfində 50 meqapiksellik əsas kamera, 40 meqapiksellik ultra geniş bucaqlı kamera, 12 meqapiksellik portret kamerası və 5x böyütmə ilə 8 meqapiksellik periskop obyektivi olacaq. Selfie kamerasının 16 meqapiksel olacağı bildirilir.
Əvvəlki modellə müqayisədə daha böyük ekrana sahib olacağı gözlənilən cihaz 4700 mAh batareyadan istifadə edəcək. Sürətli enerji doldurma texnologiyasının 66 Vt və ya 80 Vt olacağı bildirilir.
Yeni modelin Android 12 əməliyyat sistemi ilə istifadəçilərə təqdim ediləcəyi bildirilir. Vivo X Fold Plus modelini 26 sentyabr CET vaxtı ilə 14:00-da istifadəçilərə təqdim edəcək.

Bitcoin düşür

Əvvəlki

Starlink İran üçün aktivləşdirildi

Sonrakı
Login/Sign up