SMARTFON

Vivo S10 və S10 Pro modellərini təqdim etdi

0

Vivo orta və üst seqment telefonları ilə gündəmə gəlməyə davam edir. Daima məhsul çeşidini artıran istehsalçı, daha iki yeni modelini təqdim etdi. Vivo S10 və S10 Pro cəlbedici xüsusiyyətləri və gözoxşayan dizaynı ilə diqqətləri özünə çəkdi.

Çinli istehsalçının yeni iki telefonunda da diqqət mərkəzi kameralardır. Ön tərəfdə 44 + 8 Megapiksel ikili selfie kameralarına sahib olan cihazların arxa üzündə 64 və 108 Megapiksel əsas kameralar var.

Vivo S10 və S10 Pro 90 Hz yeniləmə sürətini dəstəkləyən 6.44 düymlük Full HD + AMOLED ekranla təchiz edilmişdir. Ön tərəfində cüt dəlik olan bu ekran 44 + 8 Megapiksellik ultra geniş bucaqlı selfie kamerasına sahibdir.

Çin istehsalçısının yeni ağıllı telefonları MediaTek-in Dimensions 1100 çipseti ilə təchiz edilmişdir. Güclü prosessoru 12 GB-lıq RAM dəstəkləyir. Proqram baxımından hər iki telefon birbaşa Android 11 əsaslı OriginOS interfeysi ilə qutudan çıxır.

Dizaynı ilə diqqət çəkən S10 və S10 Pro-nu fərqləndirən tək fərq arxa kameralardır. S10-un arxa tərəfində 64 Megapiksellik əsas kamera olan Vivo, S10 Pro-da 108 Megapiksel lensə üstünlük verir. Bundan əlavə, hər iki cihazda 8 Megapiksel ultra geniş bucaq və 2 Meqapiksellik makro kamera da var.

ZTE Blade V30 təqdim edildi

Previous article

Xioami ilk dəfə Apple-ı geridə qoydu

Next article

You may also like

Comments

More in SMARTFON