TEXNOLOGİYA

Velosiped sürücülərinin həyatını qoruyan çanta istehsal edildi

0

Velosiped sürmək motosiklet sürməkdən daha təhlükəsizdir. Amma təhlükəsizliyinizi artırmaq üçün kaskas taxmaq vacibdir. Velosiped sürənlər təhlükəsizliyini artırmaq üçün daha nə kimi vasitələrlə qoruna bilərlər? Buna cavab olaraq hava yastığından istifadə edə bilərsiniz.

Əvvəllər təkcə maşınlar üçün hava yastığı istehsal edilirdisə, indi velosipedlər üçün də hava yastıqları var. EVOC Sports velosipedlər üçün hava yastığı istehsal edib. Hava yastığı çanta kimi kürəyə taxılır və üzərindəki sensorlar köməyi ilə çanta kürəyinizdən düşəndə sizə məlumat ötürülür. Hava yastığı bir kaskası əvəz etməsə də sinə, boyun və çiyin nahiyələrinizi qoruyur. 

Əgər qəzadan sonra  çanta işlək vəziyyətdə qalarsa yenidən istifadə edilə bilər. Çantanın qiyməti 900 avrodur. 

Bir çoxları qiymətin baha olduğunu desələr də insan həyatını qoruyan bu çantaya investisiya etmək həyatınızı sığortalayacaqdır.

Belçika istehsalı olan Into the Night serialında türk aktyoru Kıvanç Tatlıtuğ çəkildi

Əvvəlki

Motorola telefonları uzaqdan enerji ilə təmin edən cihaz satışa çıxaracaq

Sonrakı

Rəylər

Login/Sign up