TEXNOLOGİYA

VanMoof V velosiped modelinin təqdimatı oldu

0

Elektrikli velosiped brendi VanMoof yeni velosiped modelində sürət limitini aşmağı hədəfləyir. Yenicə təqdim edilən VanMoof V kompüter təsvirləri ilə brendin indiyə qədər çıxardığı sürətli velosiped modeli olacaq. Velosipedin sürəti 50 km/saatdır, bazardakı digər velosiped modellərinə baxsaq, sürət limiti 25 km/s ilə məhdudlaşır.

İkiqat elektrik mühərriki ilə saatda 50 km/s sürət yığa bilən dəbli velosipedin asqısı komfortlu sürüş imkanı verir. Daxilindəki 700 Wh batareya ilə hələlik nə qədər yol qət edəcəyi məlum deyil. Brendin 504 Wh batareya ilə işləyən digər modeli 60-150 km qət etdiyinə görə, VanMoof V modeli 200 km üzərində yol qət edəcəyi gözlənilir. 

Müasir işıqlandırmaya malik olan modelin qiyməti 3500 dollardan çox olacağı və 2022-ci ildə satışa çıxacağı gözlənilir. İstehsalçıların 2022-ci ilin sonuna kimi modeldə dəyişiklik edə biləcəkləri fikri də nəzərdən qaçmadı.

CİB mobil tətbiqi asan, rahat və təhlükəsizdir

Əvvəlki

Yepyeni Apple Watch 8 özəllikləri gündəmdə

Sonrakı

Rəylər

Login/Sign up