ƏYLƏNCƏOYUN

Valheim Steam-də rekordları qırmağa davam edir

0

Məşhur video oyun Valheim oyunsevərlərin ürəyini fəth etməyə davam edir. Yeni əldə olunan məlumatlara görə oyun çıxandan bu yana 7 milyondan çox nüsxə satılıb.

Nəzərə alsaq ki, oyun hələ erkən giriş mərhələsindədir bu göstərici çox böyükdür.

Ümumiyyətcə, oyun erkən giriş versiyasında çıxdığı vaxtadan bu yana rekord üstünə rekord qırır. Əvvəlcə çıxışının ilk üç həftəsində Steam platformasında 4 milyon oyunçuya çataraq rekord qıran Valheim eyni zamanda, bu müddət ərzində Steam tarixində ən çox oynanan beş oyundan biri oldu.

Ötən fevral ayında oyun 3 milyon nüsxə satmağı bacarmışdı. Həmin ayda oyunçu sayı təqribən  500 min idi. Oyunun o vaxtdan bəri satış sayı iki dəfədən çox artıb.

NASA Marsda keçmiş həyat izləri tapdı

Previous article

Clubhouse loqosu dəyişdirildi

Next article

You may also like

Comments

More in ƏYLƏNCƏ