GOOGLETEXNOLOGİYA

Uşaqlara idmanı sevdirəcək ağıllı qolbağlar

0

Google-un son aylarda 2 milyard dollara satın aldığı geyilə bilən texnologiya nəhəngi Fitbit, hədəf auditoriyası uşaqlar olan Fitbit Ace 3 adlı ağıllı qolbağını tanıtdı. Ağıllı qolbaq 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Uşaqların sağlam vərdişlər qazanmasına və fiziki aktivliklərini artırmasına kömək etməyi hədəfləyən ağıllı cihaz uşaqlar üçün fərdiləşdirilə bilən interfeys  xüsusiyyəti ilə adi bir qolbaqdan ağıllı qolbağa çevrilir.

Digər ağıllı bilərziklərdə olduğu kimi, Fitbit Ace 3 də bir çox sahədə aktivliyi izləyə biləcək. Fitbit ilə valideynlər övladlarının gün ərzində neçə saat yatdığını və neçə addım atdığını izləmək imkanı əldə edəcəklər.

Ağıllı qolbaq valideynlərə uşaqlarının yaşlarına uyğun olaraq fitness və yuxu vaxtlarını xatırladır.

Fitbit Ace 3 qolbağının enerji saxlama qabiliyyəti 8 gündür.  Suya davamlı olan ağıllı bilərzik digər modellərdən 20% daha parlaq bir ekrana sahib olacaq.

Hələ ölkəmizə gəlməyən ağıllı bilərziyi ön sifariş edə bilərsiniz. Ace 3 79.95 dollarlıq qiyməti ilə 15 martda bütün dünya bazarında satışa təqdim ediləcək.

The Division 2 oyunçularına yaxşı xəbər var

Previous article

Disney+ öz rekordunu qırdı

Next article

You may also like

Comments

More in GOOGLE