SOSİAL MEDİATWITTER

Twitter Spaces güncəlləndi

0

Twitter Clubhouse səsli ünsiyyət proqramına alternativ olaraq hazırladığı Spaces platformasını güncəllədi.

Yeniləmə sayəsində Spaces platformasının istifadəsi daha rahat oldu. Yaradılmış otağı dostları ilə paylaşmaq istəyənlərin işini asanlaşdıran yeni versiya, istifadəçilər tərəfindən müsbət qarşılandı.

Güncəlləmə ilə səsli söhbət otaqlarına “tweet yarat” düyməsi əlavə edildi. Ekranın sağ alt küncündə yerləşən düymə, otağı bir kliklə paylaşmağa imkan verir. İstifadəçilər Spaces bağlantısını asanlıqla tweet edə bilər və söhbətdən çıxmadan dostlarını dəvət edə bilərlər. Bu funksionallıq əvvəl də mümkün idi, amma bir neçə əməliyyat yerinə yetirmək lazım gəlirdi.

May ayında rəsmi olaraq istifadəyə verilən Spaces istifadəçilərin otaqlarda bir-biri ilə söhbət etməsinə imkan verir.  Otaq yaratmaq istəyənlərdən minimum 600 izləyicisinin olması tələb olunur.

3D pişik olan “Calico” Tokioda xalqı salamlayır

Əvvəlki

Volkswagen Avropaya Taigo ilə geri dönür

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up