FACEBOOK

Twitter Facebook-un yeni adını ələ saldı

0

Facebook dünən axşam keçirdiyi “Facebook Connect” tədbirində öz pərəstişkarlarına virtual reallıq və artırılmış reallıq vizyonunu təqdim etdi. Günün əsl bombası şirkətin adı və loqosunun dəyişməsi oldu!

Tətbiqlərini və xidmətlərini bir çətir altında toplamaq qərarına gələn şirkət adını Meta olaraq dəyişdirdi. Şirkət loqosunu da yenilədi. Beləliklə, Facebook rebrendinq etmiş oldu.

İndi sosial şəbəkələrdə hər kəs Facebook-un yeni adından danışır. Şirkətin əzəli rəqiblərindən olan Twitter də bu məsələyə diqqətsiz qalmadı.

Məşhur sosial media xidmətlərindən biri olan Twitter, demək olar ki, hər fürsətdə rəqibi Facebook-u ələ salması ilə tanınır. Şirkət bu fürsəti də əldən vermədi.

Twitter öz hesabında “BIG NEWS lol jk still Twitter” tvitini paylaşdı. “Böyük xəbər. Hələ də Twitter”

PlayStation 5 neçə ədəd satıldı?

Əvvəlki

Google-un yeni özəlliyi işinizi asanlaşdıracaq

Sonrakı
Login/Sign up