SOSİAL MEDİATWITTER

Twitter-a yeni özəllik gəldi

0

Ötən günlərdə çox da uğurlu olmayan Fleets özəlliyi ilə istifadəçilərin qarşısına çıxan Twitter-a yeni özəllik gəldi. Twitter yeni paylaşım özəlliyi ilə həm istifadəçilərə rahatlıq gətirəcək, həm də öz istifadəçi kütləsini artırmaq yolunda ağıllı bir addım atmış olacaq.

Twitter-da çox sayda bəyənilən, rəy alan və ya retweet olunan tweetlərin ekran görüntüsünün çəkilərək  Instagram, Facebook və Tumblr kimi sosial media platformalarında paylaşılması istifadəçilər arasında çox geniş yayılmış aktivlikdir.

Yeni gələn özəlliklə artıq istifadəçilər ekran görüntüsünü çəkmədən tweetlərini başqa sosial media platformalarında rahatlıqla paylaşa biləcəklər. Şəkildən də göründüyü kimi, paylaşmaq istədiyiniz tweet Snapchat ekranında bir etiket kimi görünəcək və istifadəçilər ekranı aşağıdan yuxarıya doğru sürüşdürərək, paylaşılan tweet hesabına keçid edə biləcəklər.

Əvvəlcə Snapchat ilə sınaqdan keçirilmiş paylaşım xüsusiyyəti, hələlik yalnız iOS istifadəçiləri tərəfindən istifadə oluna bilər. Snapchat paylaşma xüsusiyyətinin yaxın vaxtlarda Android istifadəçiləri üçün aktivləşdiriləcəyini bildirən şirkət, digər sosial media platformalarına da bənzər bir xüsusiyyət əlavə edəcəyini açıqlayıb.

Ekran görüntüsü çəkərək paylaşılan Tweet-lərdən daha asan və əlçatan olan bu yeni xüsusiyyətin Fleets-dən fərqli olaraq uğurlu olacağına inanırıq.

Cyberpunk 2077 oyunsevərlərin xidmətinə verildi

Əvvəlki

YouTube aktiv oyun kanallarının sayında rekord göstəriciyə çatdı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up