BİZNESTEXNOLOGİYA

Trendyol hesabı necə açılır?

0

İrili-xırdalı yüzlərlə brendi bir araya gətirən onlayn alış-veriş paltforması Trendyol günümüzdə çox məşhurlaşıb. Türkiyəyə məxsus platforma Azərbaycanda da kifayət qədər populyarlıq qazanıb. Xüsusilə Türk lirəsinin dəyərinin düşməsi Türkiyədən olunan alış-verişləri daha sərfəli edir. İndi çox insan bunun fərqində olsa da, bəzilərinə hesab açmaq, virtual platformada məhsul sifariş etmək çətin və anlaşılmaz gəlir. Xüsusilə də, texnologiyadan uzaq olan insanlar üçün. Əslində isə bu proses düşündüyünüz qədər çətin deyil.

Əgər siz də Trendyol-dan alış-veriş edib büdcənizə qənaət etmək istəyisinizsə, Nod.az bu yazısını sizin üçün yazır.

İlk olaraq Trendyol-un rəsmi internet səhifəsinə daxil olun. “Giriş yap” bölməsindən “Üye ol” seçin. Öz e-mail hesabınızı və şifrənizi daxil edərək qeydiyyatı tamamlayın.

Beləliklə, Trendyol hesabı yaradılır və istənilən vaxt 7/24 alış-verişə başlaya bilərsiniz.

Amma əsas məqamı unutmayaq. Tutaq ki, hesab yaratdınız və məhsul sifariş etdiniz. Bəs bu məhsul Azərbaycana necə gələcək? Bunun üçün Azərbaycandakı karqo şirkətləri sizin köməyinizə çatır.

Əgər addım-addım sifariş prosesini öyrənmək istəyirsinizə, sürətli və sərfəli qiymətə bağlamalarınızı Türkiyədən düz qapınıza çatdıran Falkon karqonun öz veb-saytında istifadəçiləri ilə bölüşdüyü bloqa keçid edin.

Adele-in Spotify-dan istəyi çoxlarını məyus etdi

Əvvəlki

Amerikalı qadın dərman bilib AirPods uddu

Sonrakı

Rəylər

Login/Sign up