ƏYLƏNCƏFİLM

Thor: Love and Thunder filminin yeni treyleri yayımlandı

0

Thor: Love and Thunder filminin çıxması üçün geri sayım başladı. Gələn ay tamaşaçıların qarşısına çıxacaq istehsalın yeni treyleri yayımlandı.

Marvel kainatının sevilən personajlarından biri olan Thor-un dördüncü filmi olan Thor: Love and Thunder üçün geri sayım başladı. Gələn ay tamaşaçıların qarşısına çıxacaq istehsal indiyə qədər ortaya çıxan detallarla pərəstişkarlarını həyəcanlandırıb. Nəhayət, filmin yeni treyleri yayımlandı.

Marvel Studios tərəfindən istehsal olunan və Walt Disney Pictures tərəfindən yayımlanan Thor: Love and Thunder iyulun 8-də kinoteatrlarda nümayiş olunacaq. Taika Waititi-nin rejissorluq etdiyi filmin aktyor heyətində Chris Hemsworth, Christian Bale, Natali Portman və Tessa Tompson kimi məşhur simalar var.

Marvel fanatlarının səbirsizliklə gözlədiyi Thor: Love and Thunder filmində Thor və Gorr-un üz-üzə gəlməsinin şahidi olacağıq. Filmdə Gorr Kristofer Nolanın “Qaranlıq cəngavər” trilogiyasında məşhurlaşan Kristian Beyl tərəfindən canlandırılır.

Thor: Love and Thunder 1 saat 59 dəqiqə davam edəcək. Marvel kainatının digər filmləri ilə müqayisədə bu dəfəki filmin bir qədər qısa olacağını söyləyə bilərik.

Nothing Phone fərqli şəkildə satışa çıxacaq

Əvvəlki

Netflix ən populyar serialları açıqladı

Sonrakı
Login/Sign up