ƏYLƏNCƏFİLM

“The Last of Us” serialının aktyor heyətində dəyişiklik oldu

0

HBO Max və Sony ortaqlığı ilə uzun müddətdir üzərində çalışılan və yay aylarında rəsmi olaraq çəkilişlərinə başlanan “The Last of Us” serialından yeni xəbər var. Daha əvvəl Bill obrazını canlandıracağı açıqlanan Con O’Neill müəyyən problemlərə görə serialdan ayrılmaq məcburiyyətində qaldığını açıqladı. Bill obrazı üçün başqa aktyor işə götürüldü.

Nik Offerman “The Last of Us” serialında Bill obrazını canlandıracaq.

Təxminən 4 ilə yaxındır ki, layihə mərhələsində olan Last of Us serialı COVID-19 və karantin şərtləri səbəbindən dəfələrlə təxirə salınıb. Nəhayət, ötən aylarda bir araya gəlməyi bacaran set heyəti serialın çəkilişlərinə başlayıb.

Bir ilə çəkiləcək The Last of Us serialının artıq 6 aylıq çəkiliş mərhələsi tamamlanıb.

Serialın rejissorları eyni zamanda oyunun icraçı prodüseri olan Neil Druckmann və Craig Mazin-dir.

App Store ilə Play Store arasındakı rəqabət davam edir

Əvvəlki

NVIDIA God of War oyununun performans və görüntü keyfiyyətini artıracaq

Sonrakı

Rəylər

Login/Sign up