ƏYLƏNCƏOYUN

The Day Before video oyununun treyleri yayımlandı

0

Oyun həvəskarları tərəfindən böyük maraq və həyəcanla gözlənilən The Day Before video oyununun 10 dəqiqəlik treyleri yayımlandı. Oyun DayZ, Last of Us və The Division oyunlarının qarşığına bənzədilir. Çox oyunçulu yeni oyunda hadisələr şəhər kənarı açıq havada baş verir.

Oyunun yayımlanan treylerində ilk olaraq bir kənd bizi qarşılayır. Sonra avtomobillə dağ mənzərəli bir gölün kənarından keçirik. Personajın olduğu avtomobilin sol təkərləri kənar yoldan əsas yola keçərkən partlayır. Bu vaxt avtomobil bir yanacaqdoldurma məntəqəsinin qarşısında dayanır.

Ona hücum edən zombiləri zərərsizləşdirdikdən sonra personaj yanacaqdoldurma məntəqəsini talan etməyə başlayır. Sonra çölə çıxır və avtomobilin təkərlərini təmir edir.

Ekranın sol alt hissəsində temperatur, enerji və susuzluq göstəriciləri yerləşdirilib. Nəqliyyat vasitəsindəykən sağ alt küncdə benzin göstəricisini görə bilərsiniz.

Oyunun tam treylerinə aşağıdakı videoda baxa bilərsiniz.

The Day Before haqqında nə düşünürsünüz? Sizcə oyun yüksək oyunçu kütləsi əldə edə biləcək?

 

 

E3 2021 tədbiri onlayn keçiriləcək

Previous article

Neuralink-in rəsmi Twitter hesabı ağıl gücü ilə Pong oynayan meymunun videosunu paylaşdı

Next article

You may also like

Comments

More in ƏYLƏNCƏ