AVTOMOBİLTEXNOLOGİYA

Tesla Şanxayda fəaliyyətini bərpa etdi

0

Bir müddət öncə Şanxayda COVID-19 böhranında tətbiq edilən bağlanma qərarı səbəbiylə şəhərdə təchizat problemi yaşayan Tesla elektriklə işləyən avtomobillərinin hissələrinin təhlükəsizliyi problemi səbəbindən Şanxaydakı müəssisəsində istehsalı dayandırmışdı.

Şanxayda 22 gün fəaliyyətsiz qalan modern amerikan avtomobil brendi Tesla aprelin 19-dan qismən istehsala qayıdıb.

İstehsalın dayandırılması Tesla-nın bu il yaşadığı tək problem deyil, belə ki, şirkətin Çində istehsal etdiyi 14.684 avtomobilinin geri çağırıldığı deyilir.

Teslanın ötən həftələrdə verdiyi rəsmi açıqlamaya görə, 12 yanvar 2019-cu il və 25 mart 2022-ci il tarixləri arasında istehsal edilən 1850-si idxal, 12.834-ü isə Çin istehsalı olan Model 3 Performans avtomobillərində proqram xətalarının olduğu təsdiq edilib.

Rəqəmsallar üçün 5 məsləhət: İşə necə fokuslanmalı?!

Əvvəlki

Rutube kütləvi haker hücumu nəticəsində fəaliyyətsiz qalıb

Sonrakı
Login/Sign up