Shiba Inu və Bitcoin ilə bağlı ortaya çıxan yeni xəbər kriptovalyuta bazarında çaxnaşma saldı.
Əldə olunan məlumatlara görə, WatcherGuru proqramçıları yeni məlumatlar tapıblar. Proqramçılar Tesla-nın saytındakı gizli kodlara daxil olublar. Sözügedən kodlarda Bitcoin və Shiba Inu adları alternativ ödəmə üsulları olaraq qeyd olunub.
Əslində, Teslanın artıq Bitcoin ilə ödəmə planları var idi. Lakin şirkət bu kriptovalyutanın ekoloji cəhətdən kifayət qədər uyğun olmadığını düşünür.
SHIB öz rəsmi Twitter hesabında ortaya çıxmış kodların düzgünlüyünü təsdiqləyib.
I verified on Tesla site, there could be few possibilities
1. @elonmusk trolling #SHIBARMY
2. Someone at $TSLA is #SHIBARMY trolling @elonmusk to support $SHIB
3. Shiba is a code name for some Dog currency
4. SHIB is COMING!In any case please DYOR, and don't stake your farm
— Kaal (@kaaldhairya) November 1, 2021
Bu xəbərlər ilə bağlı Tesla-dan hələ də rəsmi açıqlama verilməyib. Amma gözlənildiyi kimi Shiba Inu dəyərləri sözügedən xəbərdən sonra 10% artıb.