BİZNESMALİYYƏ

Tesla avtomobillərdən daha çox Bitcoin-dən qazandı

0

Dogecoin və Bitcoin haqqında Tweet-ləri ilə gündəmə gələn İlon Mask son həftələrdə 1.5 milyard dollar dəyərində Bitcoin satın aldı. Tesla adından satın alma həyata keçirildikdən qısa müddət sonra şirkətin 2020-ci ildəki avtomobil satışından əldə etdiyi gəlirdən daha çox qazandığı elan edildi.

Birləşmiş Ştatların Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) bildirilən Bitcoin sərmayəsi, investisiya dünyasında böyük səs-küy yaratdı. Bəzi kripto pul analitikləri Teslanın sərmayəsi ilə Bitcoin-in 2021-ci ildə 100.000 dollar səviyyəsinə qalxacağını bildirdilər.

Bitcoin satın alan ən məşhur şirkət adına sahib olan Tesla, Palo Alto adlı şirkətlə eyni miqdarda alış edib. Palo Alto satın almalardan sonra gələn il kripto valyuta ilə ödəmə sistemini aktivləşdirməyi planlaşdırır. Tesla isə bu mövzu ilə bağlı heç bir açıqlama verməyərək öz səssizliyini qorumağa davam edir.

Tesl alış edəndə Bitcoin-in qiyməti 43,636 dollar səviyyəsində idi. Hal-hazırda 58.203 dollar səviyyəsində olan kripto valyutası, şirkətə təxminən 500.744.797 dollar gəlir gətirib.

IPhone 13 Pro haqqında yeni şayiələr yayıldı

Əvvəlki

Redmi Note 10 seriyasına üçüncü bir model əlavə olunur

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up