AVTOMOBİL

Tesla Almaniyada fabrikini açdı

0

Dünyanın ən məşhur elektrikli avtomobil istehsalçısı Tesla, nəhayət Almaniyanın Berlin şəhərində qurduğu fabrikin açılışını etdi.

Nəhəng fabrikin açılış mərasimi də özü kimi nəhəng və möhtəşəm olub.

Tesla nəhəng fabrikini böyük bir festivalla açıb. Gecə yarısına qədər davam edən açılış gecəsində musiqi qrupları, DJ-lər və digər əyləncəli şoular təşkil edilib. Tədbir iştirakçıları pulsuz vegan yeməkləri və içkilərdən limitsiz olaraq faydalanıblar.

Yeni fabrikində hər il 500 min elektrikli avtomobil istehsal etməyi hədəfləyən şirkət, eyni zamanda 10 min nəfərin yeni iş yeri olacaq.

Əslində fabrikin açılışı bu il iyulun 1-də baş tutacaqdı. Amma yaşanan yanğın hadisələri, zavodun su təchizatının kəsilməsi və Alman xalqının etirazları işlərin gecikməsinə səbəb oldu.

ABŞ istehsalçısı Avropa satışlarını artıracaq yeni fabrikində istehsalına başlamaq üçün hökumətin razılığını almaqda da çətinlik çəkirdi. Böyük çətinliklərə qalib gələn şirkət sonunda lazımi icazələri ala bilib.

Minlərlə insanın qatıldığı tədbirdə İlon Mask pop ulduz kimi qarşılanıb. Milyarder səhnəyə çıxan kimi minlərlə insanın alqışları ilə qarşılaşıb.

Microsoft kiber hücumlarda Rusiya hökumətini günahlandırdı

Əvvəlki

Perseverance Marsda həyat izləri axtarmağa davam edir

Sonrakı
Login/Sign up