TELEVİZİYATEXNOLOGİYAXƏBƏRLƏR

Televiziya yayımlarını HD izləmək karbon emissiyalarını 8 dəfə artırır

0

Qlobal istiləşməyə səbəb olan karbon emissiyası səviyyəsi hər il artmağa davam edir. Tədqiqatçılar emissiyaların artmasına gətirib çıxaran ən kiçik səbəbləri belə aradan qaldırmağa çalışırlar.

London Kral Cəmiyyəti (Royal Society) televiziya yayımlarını yüksək görüntü keyfiyyətində (HD)  izləməyin qlobal istiləşməyə səbəb olan karbon emissiyalarını 8 dəfəyə qədər artırdığı ilə bağlı xəbərdarlıq etdi.

Televiziya yayımlarını standart keyfiyyətdə (SD) izlənilməsini tövsiyə edən təşkilat, istifadəçilərin kiçik ekran televizorlarda fərqi ayırd edə bilmədiklərini söylədi.

Tədqiqatçılara görə, HD cihazlar şəbəkə infrastrukturunda və məlumat mərkəzlərində enerji istifadəsini artıraraq karbon emissiyalarının artmasına səbəb olur.

Həll yolu olaraq, təşkilat yayımları mobil cihazlardan izləməyi tövsiyyə etdi. Eyni zamanda, arxa planda musiqini müşayiət edən videoların dondurulması da enerji sərfiyyatının azalmasına kömək edəcəkdir.

TikTok 3 dəqiqəlik videoları sınaqdan keçirməyə başladı

Previous article

Nokia noutbuk istehsal etməyə hazırlaşır

Next article

You may also like

Comments

More in TELEVİZİYA