ROBOT

Supermarketləri robotlar zəbt edəcək

0

Yaxın gələcəkdə supermarketlərə daxil olduqda insanları robotlar qarşılaya bilər.

Böyük supermarketlərdə axtardığımız məhsulu tapmaq üçün market işçilərinə müraciət edənlərin sayı az deyil. Marketdə məhsulları sıralardakı yerlərinə yerləşdirən zaman işlərini yarıda qoyub alıcılara kömək edən işçiləri çox görmüşük. Robotlar market işçilərinin bu dərdinə dərman ola bilər. Təbii ki, robotlar həmin market işçilərinin də yerini tutmazsa…

Simbe Robotics  şirkətinin inkişaf etdirdiyi supermarketdə gəzən Tally adlı robotun vəzifəsi market sıralarında tez-tez gəzib məhsulları axtarmaq, yoxlamaq, hansı məhsulların hansı sıraya qoyulmasını təmin etməkdir. Robot Tally-nin işi sadəcə bununla yekunlaşmır. Belə ki, Robot Tally-nin yaddaşına hansısa bir məhsulun marketdə hansı sırada olduğu səs yazısını qeyd edərək yaddaşda saxlamasını təmin etmək mümkündür. Bununla da axtardığınız məhsulu Robot Tally, “Çay ikinci sıradadır”, “İçkilər 4-cü sıradır” deməklə müştərilərin işini xeyli asanlaşdıracaq.

Texnologiyanın bu sürətlə inkişaf etməsi, nəinki supermarket işçiləri, bir çox sahədə çalışan insanları narahat edir.

iOS vs Android: Hansı daha təhlükəsizdir?

Əvvəlki

ASAN xidmət təcrübəsi beynəlxalq tədbirdə təqdim olundu

Sonrakı

Rəylər

Login/Sign up