ƏYLƏNCƏOYUN

STALKER 2-nin yeni qərarı pərəstişkarlarını məyus etdi

0

STALKER 2 yeni qərarı ilə pərəstişkarlarını məyus etdi. Yaradıcı GSC World studiyası oyunun çıxış tarixinin ilin sonuna qədər təxirə salındığını açıqladı. 

STALKER 2 demək olar ki, ilin ən çox gözlənilən oyunları arasındadır. Oyun həvəskarlarının oyundan gözləntiləri yüksəkdir. Gəl ki, böyük həyəcanla oyunun çıxmasını gözləyən pərəstişkarların keyfinə  soğan doğrayacaq bir xəbər gəldi.

Twitter-də yeni bir elan paylaşan GSC Game World studiyası oyunun gecikdiyini açıqladı. Şirkətin gecikmənin səbəblərini pərəstişkarlarına çatdırmağı da diqqətdən yayınmadı.

Gecikməyə görə üzr istədiklərini bildirən GSC Game World, vəziyyəti düzəltməyə çalışacaqlarını bildirdi. Son zamanlar buraxılan oyunların gözlənilən performansda olmaması, deyəsən, studiyanı risk etməkdən çəkindirib. Şirkətin verdiyi qərara əsasən oyun 8 dekabr 2022-ci ildə oyunçuların qarşısına çıxacaq.

Mars roveri Perseverance xarab oldu

Əvvəlki

Avatar-ın yeni mobil oyunu hazırlanır

Sonrakı

Rəylər

Login/Sign up