TƏTBİQ

Spotify yeni funksionallıqlar qazandı

0

Spotify güncəlləmələri ilə tətbiqetməsinə yeni bir görünüş gətirməyə davam edir. Bu yaxınlarda bir neçə yeni xüsusiyyət üzərində işləyən şirkət, indi də mobil tərəfdə kiçik bir dəyişiklik etdi.

Artıq Spotify Your Library (kitabxana) bölməsinin yenilənmiş tərtibatı ilə fərqli bir dizaynı var. İstifadəçilər həm daha dinamik, həm də musiqi və podcast siyahısının bir sahədə yerləşdiyi bir kitabxanaya sahib oldular.

Yeni kitabxananın görünüşü ilk baxışda çox mürəkkəb görünür, amma Spotify istifadəçinin ən çox dinlədiyi siyahıları önə çıxararaq rahatlıq təmin edir.

Artıq ən çox dinlədiyiniz pleylist yuxarı hissədə yerləşir. Yüklədiyiniz musiqi əvvəlki yerində qalmağa davam edəcək. Bununla birlikdə, məzmunu istədiyiniz kimi əl ilə düzəldə biləcəksiniz. Bu tamamilə öz seçiminizdən asılı olacaq.

Hazırda Spotify-ın yeni xüsusiyyəti bəzi ölkələrdə istifadəçilərin istifadəsinə verilib. Bütün istifadəçilərin yenilənmiş kitabxana interfeysini əldə etməsi üçün ən az bir həftə vaxt lazımdır.

Əldə olunan məlumatlara görə, Spotify bu yaxınlarda ödənişli podcast abunəliyinə də başlayacaq.

Polis Boston Dynamics robotunu işdən çıxardı

Previous article

Amazon rekord qırdı

Next article

You may also like

Comments

More in TƏTBİQ