SpaceX çox qısa müddətdə üç fərqli raketlə kosmosa 55 peyk göndərməklə daha bir mühüm uğura imza atdı.
Şirkət 158, 159 və 160-cı Falcon 9 uçuşlarını cəmi 36 saat 18 dəqiqəyə başa vurdu. Müasir kosmos tarixində ən sürətli trilogiyaya imza atan şirkət ilin sonuna kimi hələ 50-dən çox raket buraxmağı planlaşdırır.
Deployment of Globalstar FM15 confirmed pic.twitter.com/nIFOk5sqKF
— SpaceX (@SpaceX) June 19, 2022
SpaceX Cümə günü saat 19:09-da Kennedy Kosmik Mərkəzində 39A uçuş-enmə zolağından 53 Starlink peyki daşıyan Falcon 9 raketini kosmosa göndərdi. İyirmi iki saat sonra, şənbə günü saat 17:17-də başqa bir Falcon 9 Almaniyanın SARah 1 radar kəşfiyyat peykini Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından orbitə çıxardı.
Bazar günü isə daha bir Falcon 9 səhər saat 07:27-də Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından havaya qalxdı. Səhər saat 09:20 radələrində Globalstar FM15 peyki raketdən ayrıldı. Beləliklə, SpaceX-in 3-cü uçuşu iki gündən az bir müddətdə tamamlandı.