11 noyabr 2021-ci ildə kosmosa göndərilmiş SpaceX Crew-3 komandası Beynəlxalq Kosmik Stansiyada təxminən 6 ay qaldıqdan sonra Yerə qayıtdı.
11 noyabr 2021-ci ildə kosmosa uçan Crew-3 ekipajı təxminən 6 aya yaxın idi ki, kosmosda öz missiyasını yerinə yetirirdi. SpaceX Falcon 9 raketi ilə Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilən komandada Avropa Kosmik Agentliyindən (ESA) Matthias Maurer və NASA-dan Raca Chari, Tom Marshburn və Kayla Barron iştirak edirdi.
Dörd nəfərdən ibarət komanda bir çox elmi tədqiqat işi gördükdən sonra Beynəlxalq Kosmik Stansiyadakı missiyasını başa vurub. Mayın 4-də Crew Dragon Endurance kosmik gəmisi ilə geri dönüş səfərinə çıxan ekipaj uğurla Yer kürəsinə eniş edib.
Crew-3 ekipajı ABŞ-ın Florida sahillərinə uğurla eniş edib. Bu anlar NASA-nın Twitter hesabında da paylaşılıb.
And… splashdown! Dragon has safely made it home with precious cargo aboard: four #Crew3 astronauts!
Now they wait for the recovery vehicle, which is named after Shannon Walker, mission specialist for the first crewed @SpaceX mission to the @Space_Station: pic.twitter.com/VDDXdsxkbH
— NASA (@NASA) May 6, 2022