XƏBƏRLƏR

Sony WF-1000XM4 qulaqlıq qiyməti ilə məyus etdi

0

Texnologiya nəhəngi Sony böyük maraqla gözlənilən WF-1000XM4 qulaqlıq qiyməti ilə istifadəçilərini məyus etdi. Yüksək səviyyəli xüsusiyyətlərə sahib qulaqlıq şirkət tərəfindən satışa çıxarıldı. Baş tutan təqdimat mərasimi ilə cihaz haqqındakı bütün məlumatlar Sony pərəstişkarlarına çatdırıldı.

Cihaz səs keyfiyyəti və uzun batareya ömrü təklif edir. Hal-hazırda aktiv səs-küy qarşısı almada bütün rəqiblərini üstələyir.

Naqilsiz qulaqlıq istifadəçilərinin qarşısına ağ və qara rəng seçimlərində çıxdı. Əvvəlki modeldən kiçik olan bu model, digər markaların modellərinə nisbətən yenə də biraz böyükdür. Bununla birlikdə, dizaynı olduqca qeyri-adidir.

Qulaqlıq IPX4 suya davamlılıq sertifikatına malikdir. Qi naqilsiz şarj cihazlarını da dəstəkləyir. Bluetooth, USB Type-C şarj və naqilsiz şarj qutusu ilə gəlir.

Qulaqlıq 8 saat aktiv səs ləğvində (ANC) işləyə bilir. ANC aktiv olmadıqda cihazın batareyanın ömrü 12 saata çatır.

Sony WF-1000XM4 modelinin qiymətini 280 Avro olaraq təyin etdi. Cihaz hazırda  Amazon, Best Buy və Sony saytlarında satılır.

Apple ABŞ bazarında zirvəni əldən verdi

Previous article

Yeni Macbook Pro prosessoru haqqında ilkin məlumatlar ortaya çıxdı

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR