TEXNOLOGİYA

Sony PlayStation 5 yeni özəllik aldı

0
PlayStation 5 modelləri bəzi monitor dəstəyinin olmamasına görə tənqid olunurdu. Sony, PlayStation 5 üçün 1440p görüntü keyfiyyəti dəstəyinin gəldiyini açıqladı.
1080p və 2160p görüntü keyfiyyətini dəstəkləyən PS 5 nəhayət, 1440p dəstəyi aldı. Şirkət yalnız 60Hz və 120Hz tezlikli olanların 1440p görüntü keyfiyyəti ilə dəstəklənəcəyini açıqladı. Dəyişən Yeniləmə Tezliyi (VRR) texnologiyası 1080p və 2160p -də mövcud olacaq.
Sony yeni “kategoriyalara ayırma” xüsusiyyətini də aktivləşdirdi. Gamelists olaraq elan edilən xüsusiyyət sayəsində oyunçular 15 kategoriya yarada biləcəklər. Hər kategoriyada 100 oyun yerləşdirilə bilər.
Sony şirkəti PlayStation istifadəçiləri üçün PC və smartfonlara olan ehtiyacı azaldacaq yeni funksiya təqdim edib. İstifadəçilər səsli əmrlərlə YouTube-da axtarış apara biləcəklər. Məsələn, “Hey PlayStation, YouTube-da () videosunu tap” deyərək istədiyiniz videonu aça biləcəksiniz. Lakin bu funksiya hələlik yalnız ABŞ və Böyük Britaniya hesabı olan istifadəçilər üçün aktivdir.

Snapdragon 6 Gen 1 və 4 Gen 1 təqdim edildi

Əvvəlki

Stiv Cobsun qızı iPhone 14-ü ələ saldı

Sonrakı
Login/Sign up