ƏYLƏNCƏFİLM

Sony filmləri Netflix-də yayımlanacaq

0

Sony Pictures Netflix ilə yeni bir müqavilə imzaladı. Müqaviləyə əsasən, Sony 2022 və 2026-cı illər arasında kinoteatrlarda yayımlanan filmlərini yayım bitdikdən sonra Netflix platformasında yayımlayacaq.

Hal-hazırda iki şirkət anime yayımında əməkdaşlıq edirlər. Bu müqavilə onların bu əməkdaşlıqlarını bir addım daha irəli aparır. Netflix ilə razılığa əsasən, Sony-nin Columbia Pictures, Sony Pictures Classics və Screen Gems-dəki bütün filmləri 2022 və 2026-cı illər arasında Netflix-də yayımlanacaq.

Twitter hesabında mövzu ilə əlaqəli paylaşım edən Netflix “Netflix, 2022-ci ildən etibarən Sony Pictures filmlərinin yeni evi olacaq. Uncharted, Morbius, Bullet Train, Where The Crawdads Sing, həmçinin Venom, Jumanji, Bad Boys və Spider Man: In the Spider-Verse filmlərinin gələcəkdəki yeni mövsümləri üçün hazır olun.”  ifadələri ilə əməkdaşlıqlarını kinosevərlərə bildirdi.

Nokia G20 və G10 modelləri təqdim edildi

Previous article

Sadəcə bir ədəd istehsal olunan smartfon

Next article

You may also like

Comments

More in ƏYLƏNCƏ