TEXNOLOGİYA

Snapdragon 8 Gen 1çipseti təqdim edildi

0

Son bir neçə ildir dekabr ayında Havayda təşkil etdiyi tədbirdə yüksək səviyyəli çipsetlərini təqdim edən Qualcomm bu il də öz ənənəsini pozmadı.

Qualcomm flaqman adlanan yüksək səviyyəli Android cihazları üçün hazırlanmış yeni nəsil Snapdragon 8 Gen 1 çipsetini təqdim etdi.

Əvvəllər çipsetlərin adında bir sıralama var idi. Amma Qualcomm ikinci dəfədir ki, bu sıralamanı pozur. Məsələn, Snapdragon 865-dən sonra çıxan çipset birbaşa Snapdragon 888 adlandırılmışdı. Bu dəfəki Snapdragon 8 Gen 1 adı isə tamamilə yeni bir adlandırmadır.

Qualcomm-un ilk 4 nm çipseti olan və ARMv9 əsaslı nüvələrə sahib olan Gen 1 yüksək performans gözləntilərini qarşılamaq üçün 3 GHz tezliyində işləyən bir Cortex X2 və 2,5 GHz tezliyində işləyən üç Cortex A710 nüvəsinə malikdir.

Gen 1-dəki digər Cortex A510 nüvəsi 1,8 GHz-də işləyir. Bir sözlə, yeni çipsetin son dövrlərdə buraxılan prosessorlarda olduğu kimi 8 nüvəli strukturu var.

Snapdragon 8 Gen 1 Snapdragon 888 ilə müqayisə etsək, aşağıdakı faiz göstəricilərini alarıq:

  • 20% daha çox prosessor performansı
  • 30% daha çox CPU enerji səmərəliliyi
  • 30% daha çox qrafik performansı
  • 25% daha çox prosessor enerji səmərəliliyi

Gen 1 Google-un Android Ready SE standartını dəstəkləyən ilk mobil çipsetdir.

Artıq əvvəlki yazımızdan bilirsiniz ki, Qualcomm Google ilə əməkdaşlığa başlayıb. Buna görə də, Qualcomm-un Gen 1 prosessoru ilə təchiz edilmiş ilk cihazlarının 2022-ci ilin ilk yarısında satışa çıxarılmasını gözləyirik.

Google və Qualcomm süni intellektin inkişafı üzərində birgə işləyirlər

Əvvəlki

İlon Mask Apple istehsalı salfetə söz atdı

Sonrakı

Rəylər

Login/Sign up