TEXNOLOGİYA

Snapdragon 6 Gen 1 və 4 Gen 1 təqdim edildi

0

Bir müddət əvvəl 6-cı nəsil Snapdragon modeli haqqında məlumat sızmışdı. Qualcomm-un son tədbirində sızan məlumatlar nəhayət rəsmiləşdi. Orta seqmentli rəqiblərindən daha güclü olan Snapdragon 6 Gen 1 və SD 4 Gen 1 5G texnologiyasına sahibdir.

Snapdragon 6 Gen 1-in əsas nüvələri 2,2 GHz, SD 4 Gen 1-in əsas nüvələri isə 2,0 GHz-də işləyir. Hər iki modeldə səkkiz nüvə var.

Snapdragon 6 Gen 1-in qrafik performansı 35%-ə qədər, hesablama performansı isə 40%-ə qədər yüksəldiləcək. Snapdragon 4 Gen 1 15 faiz daha sürətli prosessor və 10 faiz daha güclü GPU performansına sahib olacaq.
Kamera dəstəyində də bəzi təkmilləşdirmələr var. Snapdragon 6 Gen 1 200 meqapiksellik kameranı dəstəkləyir. Qualcomm AI Engine sayəsində süni intellektin performansında 3 dəfəyə qədər artım olacaq.
Snapdragon 6 Gen 1 dördüncü nəsil Snapdragon X62 5G modeminə sahib olacaq. Bu modem 2,9 Gbps-ə qədər yükləmə sürəti təklif edəcək. SD 4 Gen 1-də 2,5 Gbps-ə qədər yükləmə sürətini dəstəkləyən Snapdragon X51 5G modemi olacaq.
Giriş və orta səviyyəli telefonları gücləndirməsi gözlənilən yeni Snapdragon modelləri 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində satışa çıxarılacaq. Gələn ildən biz SD 6 Gen 1 və 4 Gen 1 ilə telefonlar görə bilərik.

Redmi Note 9 Pro modelinə MIUI 13 yeniləməsi gəldi

Əvvəlki

Sony PlayStation 5 yeni özəllik aldı

Sonrakı
Login/Sign up