XƏBƏRLƏR

Şimali Koreya hakerləri 300 milyon dollardan çox kriptovalyuta oğurlayıblar

0

Son aylarda koronavirus peyvəndi istehsal edən şirkətlərə çox sayda hücum edən Şimali Koreya hakerləri 2020-ci ildə də boş dayanmayıblar.

Ancaq az bir hissəsi sızdırılan BMT-nin gizli bir hesabatına görə, Şimali Koreyalı hakerlər ötən il ölkənin nüvə və ballistik raket proqramını dəstəkləmək üçün milyonlarla dollar kriptovalyuta oğurlayıblar.

Kiber hücumlar nəticəsində oğurlanan kriptovalyutaların 300 milyon dollardan çox olduğu deyilir.

Hesabatda Şimali Koreya lideri Kim Jong Un ilə əlaqəli olan hakerlərin nüvə proqramına dəstək olmaq və ölkənin çətin vəziyyətdə olan iqtisadiyyatını  dirçəltmək üçün maliyyə qurumlarına qarşı “əməliyyatlar” apardıqları bildirilir.

Şimali Koreya isə bu və buna bənzər iddiaların qarayaxma kampaniyası olduğunu söyləyir.

Ötən ilin noyabrında kiber hücumlarla bağlı açıqlama verən Microsoft Kanada, Fransa, Hindistan, Cənubi Koreya və ABŞ-da  peyvənd üzərində aparılan işlərin kiber hücumlardan təsirləndiyini və hücum əməliyyatlarını reallaşdıranlar arasında Şimali Koreyanın olduğunu dilə gətirmişdi.

Tom Holland Spider-Man 3 haqqında açıqlama verdi

Previous article

Apple armud loqosuna qarşı çıxdı

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR